Gündə saatlarla qulaqcıq taxmaq infeksiyaya səbəb olur

 02:30 22.01.2023     439

Gənclərin bu gün telefondan qulaqcıqla istifadə etməsi qulaqlarda ciddi problem yarada bilər.

Redaktor.az xəbər verir ki, terapevt Nazilə Xəlilbəyova AZTV-nin “Səhər” proqramında qulaqcıqların fəsadı barədə danışıb.

Həkimin sözlərinə görə, qulaqcıqdan istifadə etmək təkcə eşitmə zəifliyinə yox, infeksiyalara da səbəb ola bilər:

“Qulaqlıqların özünün də şüalanması həddən artıq çoxdur. Onların birbaşa qulaq seyvanına, qulaqdakı borulara təsir nəticəsində beyin aşırı yüklənərək digər normal reflekslərini eyni vaxtda həyata keçirə bilmir. Bu da beyin qan dövranına, düşünmə və qavrama qabiliyyətinə, yuxusuzluğa çox böyük ziyan vurur”.