Gizli, sirli xəstəlik - Fibromialgiya nədir?

 01:43 23.01.2023     383

Fibromialgiya xronik xarakterli simmetrik əzələ-skelet ağrısı olan bir xəstəlikdir. Müalicəsi dərman və xüsusi idman hərəkətləri ilə həyata keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Bioloji Təbabət Klinikasının revmatoloqu Kamilə Yusifova məlumat verib.

Xəstəliyi olan pasiyentlər aşağıdakı simptomlardan əziyyət çəkirlər:

Bütün bədəndə ağrı

Depressiya

Keyfiyyətsiz yuxu

Qıcıqlanmış bağırsaq sindromu (tez-tez ishala meyillilik)

Xroniki yorğunluq sindromu

Ətraflarda gərginlik,buxovlanma,tutuqluluq

Soyuğa və ağrıya qarşı həssaslıq

Narahat ayaq sindromu

Həkimin sözlərinə görə, fibromialgiya orqanizmin EPŞTEYN BARR virusu ilə zədələnməsi nəticəsində yarana bilər.

K.Yusifova bildirib ki, xəstəliyin dəqiq səbəbləri məlum deyil. Bu xəstəliyin diaqnostikasında xüsusi analiz yoxdur. Adətən antinüklear antite l(ANA),Revmatoid faktor (RF), qalxanvari vəz aktivliyi (TSH,T4), prolaktin yoxlanılır.