Pnevmoniya qızdırmasız, öskürəksiz də ola bilər- Həkim

 03:22 24.01.2023     485

Çox zamanlar insanlar xəstəlikdən ağırlaşır, rentgen pnevmoniya göstərir, xəstə təəccüblənir: axı qızdırmam yox idi, öskürmürdüm, bəlğəm gəlmirdi.

Redaktor.az xəbər verir ki, pulmonoloq İrina Menşikova pnevmoniyanın simptomsuz da başlaya biləcəyini açıqlayıb.

“Hazırda yayılan qrip və donuz qripi pnevmoniyaya səbəb ola bilər.

Əgər qrip hətta ağır formada olsa belə, uzanırsa və tam sağalma baş vermirsə, bu artıq pnevmoniyanın başlamasına işarə ola bilər.

Adətən titrəmə, gedib gələn hərarət, ümumi halsızlıq, iştahsızlıq 4 gündən sonra keçmirsə, bu pnevmoniyanın əlamətidir.

Yaşlı, xəstə adamlarda, uşaqlarda xəstəlik yayğın azdırıcı simptomlar verə bilər. Onlarda qızdırma, öskürək görünmür.

Bu zaman əzginlik, hərəkətsizlik, yuxululuq, tərləmə, titrəmə, yeməkdən imtina kimi əlamətlərə diqqət yetirmək lazımdır.

Pnevmoniya evdə müalicə edilə bilməz, bu infeksiyanın letal sonluğa gətirməsinə səbəb ola bilər.

Pnevmoniyanı həkim pulmonoloq xəstəni müayinə edərək müalicə etməlidir.

Pnevmoniyadan qorunmağın ən birinci yolu ona qarşı peyvəndin vurulmasıdır. Bu peyvənd ömürdə bir dəfə vurula bilər” (medicina.az).