Pilləkən çıxarkən bu əlamət xərçəngdən ola bilər

 00:37 26.01.2023     336

Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə mütəmadi və zəif qan itkisi səbəbindən ola bilər.

Redaktor.az xəbər verir ki, həkimlər bəzən bu simptomun bağırsaq xərçəngindən ola biləcəyini deyir.

Kolorektal xərçəng onkologiyada ölüm faizi yüksək olan 4-cü ağır formadır. Ona görə bu xəstəliyi ilk mərhələdə tapmaq mütləqdir.

Onkoloq Andrey Vorobyev bağırsaq xərçənginin qəribə əlamətini açıqlayıb:

“Nəcisdə qan, daim dəyişiklik, ishal, qəbizlik, çəki itkisi, qarında ağrı, qara nəcis- bunlar artıq yayılmış simptomlardır.

Bu xəstələrdə nəcisdə gizli qan itkisi olduğu üçün anemiya yaranır.

Ona görə onlar pilləkən qalxanda, fiziki iş görəndə tez yorulurlar, tövşümə olur. Doğrudur belə hallar qanazlığı, ürək-damar problemlərində də olur. Amma yaşlı adamlarda bağırsaq problemi də istisna olmamalıdır.

Bu adamlar nəcisdə, tualetdə hətta qan görməyə də bilərlər. Çünki bu qan gizli gedir, analizi də nəcisdə gizli qan izləri adlanır.

60% hallarda bu xəstələrdə bağırsağın tam və qismən keçməməzliyi yaranır, bağırsaq tam boşalmır”.