Uzanıqlı vəziyyətdə beldə ağrı nəyi göstərir?
Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrılardır.
Redaktor.az xəbər verir ki,məşhur həkim Aleksandr Myasnikov bel ağrılarını fərqləndirməyin yollarını danışıb.
Əgər ağrı əzələ mənşəlidirsə, adi analgetiklər, ağrıkəsicilər təsir etməyəcək.
Bu ağrılara spazm əleyhinə dərmanlar və xüsusi idman, masaj lazımdır.
Eləcə də çox insanlar bel, kürək ağrısı stress, həssaslıq, nevroz səbəbindən ola bilər.
Çünki bu adamlarda bədən daim sinir gərginliyi vəziyyətində olur, qan damarları sıxılır, təzyiq oynayır.
Belə ağrı boynun arxasından, kürəkdə nəbzvari vuran formada olur.
Digər ən çox rast gəlinən ağrı onurğa fəqərələri yırtığındandır. Bu ağrı adətən insan uzandıqda, yatdıqda hiss olunur.
Eləcə də getməyən, iynə dərmana tabe olmayan ağrı daxili orqanların patologiyasından ola bilər. Bu zaman yanaşı orqanlar MRT, KT olunmalıdır. Beldə davamlı ağrı 50 yaşdan yuxarı qadınlarda sümük əriməsi ilə də əlaqəlidir” (medicina.az).