Sirroz yarandısa, geri dönüş yoxdur – Həkim
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.
Redaktor.az xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.
“Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.
Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.
Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla – içməyi unudasız.
Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur”.
Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir (medicina.az).