Damarda tromb 1 ay ərzində özünü belə göstərir
Postflebitik sindrom – dərin venaların trombu zamanı 50% xəstələrin üzləşdiyi əlamətlərdir. Bu zaman çox ayaq üstə qaldıqda və gəzdikdə ağrı, problem yaşanır.
Redaktor.az xəbər verir ki, çox hallarda tromboz nəzərə çarpmır və tromb öz-özünə əriyib gedir. Lakin bəzi tromblar damarda ilişir, uzun müddət qalır, bərkiyir.
Kardioloq Oleq Varfolomeyev venalarda trombun dəhşətli fəsadlarından danışıb.
“Ən geniş yayılmış fəsad ağciyər emboliyasıdır, bu zaman tromb ağciyərlərə gedən damarı tutur.
Xəstələr trombdan öncəki ayda bu əlamətləri hiss edir: bud, diz arxası, baldırda və çanaqda ağrı, şişkinlik, göyərmələr və s.
Adətən problemlər tromb yaranandan 6 ay, 1il sonra başlayır.
Venoz çatışmazlıq olan insanlar postflebetik sindromdadır.
Ayaqlardakı venalar kiçik klapanlara malikdir, burden qan geri ürəyə gedir.
Tromboz zamanı bu klapanlardan bir neçəsi zədələnir. Zəifləmiş klapanlar hermetic olmur və qan daha çox aşağı hissədə, ayaqlarda toplanıb durğunluq yaradır.
Postrombotik sindrom həm kişi, həm qadınlarda istənilən yaşda ola bilər. Ayaqlarında xroniki ağrı, şişkinlik, varikoz olanlar risk altındadır. Ona görə ən kiçik əlamətlər zamanı fleboloqda yoxlanmaq lazımdır" (bakupost.az).