Kriminal xəbərlər hamilə qadınlara pis təsir edir
Qadın xəstəlikləri və doğuş həkimlərinin araşdırmaları hamiləlik zamanı kriminal xəbərlərin və qanlı hadisələrin hamilə qadınlara pis təsi edəcəyini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, mütəxəssislərin araşdırmaları qanlı kriminal hadisələrin hamilələrdə əsəb pozğunluqlarına, depressiyaya səbəb olacağını deyirlər. Buna səbəb isə yumurtalıqların funksiyasının pozulmasını göstərirlər.
Kriminal hadisələr hamilələrə nə kimi təsir edə bilər?
1. Uzun sürən stresslər kortizol və bu kimi hormonların qanda artmasına səbəb olur ki, bu da qan təzyiqini artırır. Artan qan təzyiqi damarların daralmasına səbəb olur və bətndəki uşağa qanın və oksigenin az getməsinə gətirib çixarır.
2. Əgər stresdən hamilə qadın tez çıxmağı bacararsa dölə zərər dəyməz. Yox əgər qadının sinir sistemi, immuniteti zəif olasa və stresin təsiri altında uzun müddət qalarsa, orqanizmin infeksiyaya yoluxma riski artar və erkən doğuş baş verə bilər.
3. Hamiləliyin ilk 3 ayında stresslər uşağın mərkəzi sinir sistemini sağlam formalaşmamasına səbəb olur.
4. Xroniki depressiya və qəfil stress yarada biləcək xəbərlər hamiləliyin pozulmasına səbəb ola bilər.
Hər bir orqanizm ətrafda baş verən xoşagəlməz hadisələrə müxtlif cür reaksiya verir. Hamilə qadınlar ətraflarında baş verən kriminal hadisələrdən və sosial mediada yayımlanan kriminal xəbərlərdən nə qədər uzaq durarsa, bir o qədər yaxşıdır (milli.az).