Şəkər xəstəliyinin şirniyyat yeməklə əlaqəsi yoxdur – Endokrinoloq
Şirin qidalar və un məmulatları yemək şəkərli diabetin yaranmasında əsaslı rol oynamır. Yəni şəkər yeməsən diabet olmayacaqsan fikri yanlışdır.
Redaktor.az xəbər verir ki, bu barədə endokrinoloq Valentin Fadeyev məlumat verib.
“Şirin yeməkdən diabet əmələ gəlməsi mifdən başqa bir şey deyil.
I tip diabet insulin defisitindən yaranır, mədəaltı vəzinin hüceyrələrinin ölümündən qaynaqlanır.
II tip diabetin əsas səbəbi piylənmədir.
Piylənmənin arxasında isə təkcə şirinə meyillilik yox, ümumiyyətlə normadan artıq yemək, çox yeməyə aludəçilik və zərərli vərdişlər durur.
Əgər bir insan şirniyyat sevmirsə, az yeyirsə, amma digər yeməkləri, yağlı qidaları yeyib, emal olunmuş hazır qidalar,
alkoqol qəbul edirsə, onda artıq çəki yaranır. Bu adamlar şəkər xəstəsi olur. Məsələn, daha çox kişilərin şəkər olmasının səbəbi yağlı yemək, az hərəkət, içkidir.
Diabet infeksion xəstəlik deyil, onun yaradıcısı irsi meyillik və çox yeməkdir” (medicina.az).