Yağlı qaraciyərin 4 problemi – Siqnallar
Həzm sistemində ümumi problemlər, məsələn qarında köp, şişkinlik qaraciyərdə fatal təhlükəli problemlərdən xəbər verə bilər.
Redaktor.az xəbər verir ki, qaraciyərin yağlı distrofiyası dünyada hər 5 adamdan birində var.
Qeyri-alkoqol mənşəli piylənmə 90% simptomsuz gedir, iltihablanmış qaraciyər toxuması getdikcə zədələnir.
Həkim hepatoloq Alla Yujnova bildirib ki, qeyri-alkoqol mənşəli yağlanma gec mərhələdə, artıq orqan 75% funksional olaraq aktiv olmadıqda simptomlar verir.
Ona görə pasiyent və həkimlər son ana qədər susur, yalnız ciddi təhlükə olduqda hərəkətə keçirlər.
Qaraciyər xəstədirsə həzm orqanlarında belə bir simptomlar verir:
- Qarında səbəbsiz ağrılar
- Köp, şişkinlik, mədədə həzm pozuntusu, eləcə də həzmetmədə ciddi problemlər olur.
- Qarının normadan artıq şişməsi artıq assit zamanı, sirrozda görülür.
- Ürəkbulanma, qusma
Assit – qarın boşluğuna maye toplanmasıdır. Bu həm də ürək, qaraciyər çatışmazlığı və xərçəngdə olur (medicina.az).