"Spirtli içki az içilsə belə bədənə ciddi ziyan vurur" - HƏKİM

 01:30 12.02.2023     348

“Spirt demensiyadan qorumur, əksinə onu şiddətləndirir”.

Redaktor.az xəbər verir ki, bunu nevroloq Aleksandr Komarov deyib.

Onun sözlərinə görə, pivə və bir qədəh şərab içmək demensiyanın inkişaf riskini 21 faizə qədər artırır.

Həkim bildirib ki, spirtli içkilər miqdarından asılı olmayaraq orqanizmə ciddi ziyan vurur:

“Hər gün spirtli içki qəbul edən insanlarda demensiya daha sürətli inkişaf edir. Alkoqol Alzheimer tipli demensiyanı daha da hiddətləndirir. Spirtli içki aludəçisi olan insanlarda bəzi aspektlər Korsakoff sindromu ilə birləşir ki, bu da xəstənin sağalma prosesini pisləşdirir” (medicina.az).