Zəlzələ və ölüm xəbərlərinə baxmaq xəstəlik yaradır
ÜST pandemiyadan sonra insanlarda bu xəstəliyin daha da artdığını bildirir.
Redaktor.az xəbər verir ki, "Dumskrollinq" – ingiliscədən həyatın, taleyin çevrilməsi, vərəqlənməsi deməkdir.
Yəni bir insan gününün, həyatının çox hissəsini telefon və ya mətbuatda pis, neqativ xəbərləri oxumaqla keçirir.
Hesab olunur ki, fəlakət xəbərlərinə köklənmək, bu məlumatlara dalmaq, beyini yükləmək getdikcə xəstəliyə çevrilir.
Pandmeya elanından dünya sanki gələcəyə ümidi olmadığı və qərarsızlıq içində olduğu üçün gününü belə xəbərlərə həsr etməklə keçirir.
Aktiv olaraq dünyanın gələcəyi barədə informasiya axtarmaq insanın bu gününü cəhənnəmə çevirir.
İnsan özü də bilmədən saatların, günün necə keçdiyinin fərqinə varmır.
"Dumskrollinq"in əlamətləri:
- Səhər gözünüzü açandan gecə yatana yaxın ancaq xəbərləri izləyirsiz
- Eyni mövzuda, məsələn, zəlzələ, kovid və qəza eyni xəbəri dəfələrlə oxuyur, axtarış verir, müxtəlif mənbələrdən videolara baxırsız
- Siz hər gün şüuraltı olaraq pis xəbər gözləyir, axtarır və bunları tapmayanda boşluq hiss edirsiz
- İndiki zaman reallığını itirir, öz işlərinizi təxirə salırsız
- Bunları izləyəndən sonra yuxuya gedə bilmir, gələcəyin necə olacağını düşünür, bu tələdən çıxa bilmirsiz
"Dumksrollinq" psixi və fiziki sağlamlığa mənfi təsir edir, xroniki stress yaradır, bu zaman insanda əminsizlik, depressiya, panik atak, obsessiv pozuntular yarana bilər.
Sinirlər çox gərgin olur,bu da ürəkdə, bədəndə sindromlar yaradır.
İnsan əhvaldan düşür, işləmək istəmir, yaşamaq həvəsi olmur.