Gözə çay paketi qoymaq olarmı?

 01:44 16.02.2023     374

Oftalmoloq və teleaparıcı Mixail Konovalov konyunktivitin müalicəsi ilə bağlı üsulun faydasız olduğunu deyib.

Redaktor.az xəbər verir ki, həkim efirdə gözə çay paketləri qoymaqla kompreslər və bal damızdırmaqla edilən müalicələrin ümumi göz xəstəliyindən qurtulmağa kömək etmədiyini bildirib.

O, çay paketi kompreslərinin nəinki konyunktiviti sağaltmayacağını, əksinə zərərli ola biləcəyini deyib: “Göz qapağına isti çay paketi qoysaq, əksinə isti mühit bakteriyaların çoxalmasına şərait yaradacaq”.

Həkim əlavə edib ki, əgər insan açıq gözünün üstünə çay paketi qoysa, o zaman buynuz qişanın eroziyası yaranır.

M.Konovalov konyunktivitin müalicəsi üçün başqa bir təsirsiz və təhlükəli üsulun gözə bal damızdırmaq olduğunu bildirib: “Bal bakteriyalar üçün çoxalma yeridir, bəzi insanlarda allergik reaksiya yarada bilər (aztibb.az).