Yuxu dərmanları çox içənlərdə demensiya 70% artır

 03:22 17.02.2023     562

Həkimlər yuxu gətirən preparatlarla ehtiyatlı olmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Kaliforniya universitetinin alimləri yeni araşdırmada yuxugətirici dərmanların koqnitiv funksiyalara təsirini öyrənib.

Onlar 3068 nəfər böyük yaşlı insanı 8-9 il müşahidə ediblər.

İştirakçılar hər il anket dolduraraq nə qədər yuxu dərmanı içdiyini qeyd ediblər, eləcə də 3 ildən bir sağlamlıq vəziyyəti yoxlanılıb.

Bu müddət ərzində 20% iştirakçıda demensiya inkişaf edib. Onların arasında 79% demək olar ki, daimi olaraq yuxugətirici dərmanlar içirdi.

Heç dərmən içməyənlər arasında cəmi 20% demensiya olan var idi.

Ona görə də gələcək fəsadlardan qorunmaq üçün yuxugətirici dərmanlarla ehtiyatlı olun (bakupost.az).