Bəşəriyyətə qarşı "xərçəng cinayəti" - Mədədə şiş yaradan dərman

 03:40 20.02.2023     513

Britaniyanın əczaçılıq nəhəngi Glaxo 40 ildən artıqdır ki, mədə xorası və mədə yanması dərmanı Zantacın təhlükələrini gizlədir.

Redaktor.az xəbər verir ki, Bloomberg, istehsalçının 1978-ci ildən bəri bu yan təsirdən xəbərdar olduğunu deyir. Bu, ranitidin dərmanının aktiv maddəsi ilə bağlıdır. Dərman kimi qəbul edildikdə güclü kanserogen N-nitrosodimetilamin (NDMA) buraxır.

Şirkət bu araşdırmaların nəticələrini gizlədib və dərmanı apteklərin rəflərindən geri çağırmayıb.

Ranitidinin təhlükələri 2019-cu ildə geniş şəkildə məlum olub. Bütün dünyada dərmanlar geri çağırılır.

Bir sıra əczaçılar Zantac qəbul edərkən xərçəng riskinin artmasının sübut olunmadığını da iddia edirlər (medicina.az).

Vumart və Güvən reklamı Vumart Güvən