Mütəmadi quru öskürəyin GİZLİ SƏBƏBLƏRİ
Daimi quru öskürək təhlükəli nevroloji problemlər və şişlərdən yarana biləcək problemlərdən ola bilər. Öskürək səslə müşayət olunan havanın qəfil spazmodik ekspirasiyasıdır. Öskürək tənəffüs yolllarını zədələnmədən qoruyan, bəlğəmin çıxarılmasına kömək edən bir refleksdir.
Redaktor.az xəbər verir ki, postnazal damcı – öskürəyin ən çox yayılan səbəblərdən biridir. Ətraf mühitin qıcıqlandıran yad cismlər – toz, tüstü, allergenlər də bəlğəmsiz öskürəyə səbəb ola bilər.
Qırtlaq xəstəliklərində, səs tellərində düyünlərdə, poliplərdə, traxeyada xoş və bədxassəli şi.lərdə davamlı quru öskürək olur.
Sinir sisteminin xəstəlikləri də quru öskürəyin baş verməsinə gətirib çıxarda bilər. Bura digər pozğunluqlar, sinir - əzələ pozğunluqları, degenerativ patologiyalar da ola bilər. Buna misal olaraq parkinson xəstəliyi və dağınıq skleroz aid edilə bilər.
Həzm sistermləri xəstəlikləri zamanı boğazda qıcıqlanma və səbəbsiz öskürək baş verir.
Ona görə də quru öskürəyin səbəblərin bir neçə həkim araşdırmalıdır. Hətta quru öskürək ürəkdən də ola bilər (medicina.az).