"Şəkərli diabet xəstəlik deyil, həyat tərzidir" - Ayşən Xəlilova - VİDEO
Hər il dünyada şəkərli diabet xəstələrinin sayı 10-12 faiz artır. İldən-ilə cavanlaşan xəstəliyin ölkəmizdə də xeyli daşıyıcısı var.
Əksər hallarda xəstəlik gizli şəkildə getdiyinə görə bəzi məqamlara diqqət yetirmək lazımdır. Mütəxəssislərin fikrincə, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkərli diabetin olması barədə xəbərdarlıq edir. Həmin əlamətlərə çoxlu su içmək, halsızlıq, ayaqlarda uyuşma, gecə yuxudan oyanaraq bir neçə dəfə sidiyə getmə, bulanıq görmə və digər əlamətlər diabetdən şübhələnmək üçün əsas verir.
Redaktor.az mövzunun aktuallığını nəzərə alıb, “Modern Hospital”ın həkim-endokrinoloqu Ayşən Xəlilovadan bu barədə geniş müsahibə götürüb.
Müsahibəni oxucularımıza təqdim edirik:
Əli Qocayev