Hətta 5 kq artıq çəki də sağlamlıq üçün təhlükəlidir – Alimlər

 02:33 01.03.2023     691

Artıq çəki ölümcül təhlükəlidir.

Redaktor.az xəbər verir ki, Kolorado universitetinin alimləri artıq çəki ilə vaxtından əvvəl ölüm riski 22% artdığını sübut edib.

Aşırı piylənməsi olan insanlarda isə bu risk 2 dəfə çoxdur.

Müəlliflər bildirib ki, ABŞ əhalisinin böyük hissəsi bədən kütlə indeksi yüksək olması səbəbindən ölür.

Belə ki, yaşlı təbəqənin 3%-nin ölüm səbəbi piylənmədir.

6 ölümdən biri artıq çəki ilə bağlıdır.

Alimlər 18 min insanın 20 il ərzində qidalanma və sağlamlıq göstəricilərini nəzarətdə saxlayıb.

Bu ərəfədə 4,5 min insan ölüb.

Məlum olub ki, 20% iştirakçının artıq çəkisi, 60% piylənməsi var idi.

Ölənlərin 50%-dən çoxu məhz artıq çəki və piylənməsi olan qrupa aid idi.

Aşağı bədən kütlə indeksi və aşağı çəkisi olan insanların sağlamlığı hətta çəkisi 4-5 kq artıq olan insanlardan daha yaxşı idi (medicina.az).