Miqrenlə qanda şəkərin əlaqəsi sübut olundu

 00:22 04.03.2023     387

Genetiklər araşdırıblar ki, miqrenlə qanda şəkərin bir-biri ilə əlaqəsi var.

Redaktor.az xəbər verir ki, baş ağriları ilə qanda şəkərin səviyyəsi arasındakı əlaqə genetik mühitin təsirinin böyük olduğunu göstərib.

Əvvəllər bu hadisələr arasında genetik əlaqə öyrənilməmişdi.

Kvinslend Texnologiya Universitetinin genetikləri bir çox əlamətlər üçün ümumi olan genetik variantların və genlərin mövcudluğunu təsdiqləyiblər.

Alimlərin fikrincə, insulin və qan şəkəri səviyyələri miqren və baş ağrıları ilə genetik əlaqəyə malikdir.

Tədqiqatçılar həmçinin proinsulin adlı hormonun baş ağrılarından qorunmağa kömək edə biləcəyi qənaətinə gəliblər (medicina.az)