Təzyiq xəstələri gündə neçə fincan qəhvə içə bilər?
Qəhvə hazırda insanların təzyiqindən asılı olmayaraq, gündəlik sevimli içkisinə çevrilib.
Redaktor.az xəbər verir ki, Toronto universitetinin alimləri qəhvənin təzyiqə təsirini araşdırıb.
Onlar 18-45 yaş arası 1128 nəfər üzərində tədqiqat aparıb.
16 il sürən araşdırmada onların içdiyi qəhvə miqdarı və sağlamlıq göstəriciləri qeydə alınıb.
Məlum olub ki, gəncliyindən qəhvə sevənlərin böyrəklərində kələfli hiperfiltrasiya əmələ gəlir, yəni böyrəklər həddən artıq çox sidik hasil edir. Bu isə diabetik nefropatiyaya səbəb ola bilər.
Eləcə də təzyiqi yüksək insanlar gündə 3 fincandan artıq qəhvə içdikdə, böyrəklərin disfunksiyası problemi normal təzyiqi olanlardan 2 dəfə çox artır.
Onlarda 2,5 dəfə çox hiperfiltrasiya, 2,7 dəfə çox albuminuriya olur. Belə ki, sidikdə zülal miqdarı çoxalır.
Əgər sizdə təzyiq yüksəlməyə meyillidirsə, gündə 1-2 fincandan artıq qəhvə içməyin.
Alimlər bu içkidən tam imtina etməyi tövsiyə etmir, çünki insult və infarkt riskini azaldır (medicina.az).