265 kq-lıq xanım arıqlamaq üçün hansı üsulu seçdi? - VİDEO

 20:10 07.03.2023     1216

265 kq? Bu ki, 4 normal orta statistik azərbaycanlı şəxsin çəkisinə bərabərdir. Günümüzün aktual xəstəliklərindən hesab edilən piylənmə ilə əlaqəli bir çox həkimlərimiz həyacan təbili çalmaqdadır.

Piylənmə ilə mübarizədə beynəlxalq protokollar bir sıra müalicə üsulları təklif edir ki, cərrahi metodla ən uğurlusu bariatrik əməliyyatlar hesab edilir.

Sevindirici haldır ki, hazırda Azərbaycanda bu əməliyyatı icra edən mütəxəssislərimiz artmaqdadır. 

Beynəlxalq səhiyyə sektorunda bu sahə üzrə ölkəmizi inamla təmsil edən bariatrik-metabolik cərrahımız T.e.d.  Dr. Taryel Ömərov günümüzə qədər icra etdiyi yüzlərlə bariatrik əməliyyat sayəsində piylənmə ilə mübarizədə səhiyyəmizə önəmli töhfə verib. 

Son günlərdə gündəm olan, 265 kq-lıq pasiyentin bariatrik əməliyyat olunması ilə bağlı əməliyyatın icraçısı olan Dr. Taryel Ömərov qeyd edib ki, əməliyyat etdiyimiz onlarla ağır çəkili pasiyentimizin uğurlu nəticələrindən həm pasiyentlər, həm də biz əlavə stimul almış olurduq.

Amma bu dəfəki pasiyentimiz extra ağır çəkili olması ilə seçildi və icra etdiyimiz maraqlı və bizə nadir əməliyyatlar silsiləsindən yeni bir səhifə bəxş etdi. 265 kq-lıq insan düşünə bilirsinizmi?

Bu insan öz şəxsi həyatında necə əziyyət çəkir, həyat keyfiyyətinin aşağı düşməsi onu həyatdan zövq almağa necə maneələr törədir. Bir də düşünün, bütün risk faktorlarını göz önünə alaraq bu və bunun kimi pasiyentləri əməliyyat edirik və 9-12 ay müddətində öz ideal çəklilərinə çatırlar.

Bütün problemləri, xəstəlikləri geridə buraxaraq, sanki dünyaya yenidən gəlmiş kimi yaşayıb həyatdan zövq almağa başlayırlar. Bunu insanlara yaşatmaq və onların dualarını almaq əvəzedilməz hisslərdir.

"Modern Hospital"ın tərkibində təsis etdiyimiz Sağlam Arıqlama Mərkəzində günümüzə qədər 600-dən çox pasiyentdə bu əməliyyatı icra edərək onların “mən yaşamağa başladım” kəliməsini deməsinə səbəb olmuşuq. Onlarla artıq bir ailə kimi olmuşuq, tədbirlərdə, sosial fəaliyyətlərdə də bir yerdə iştirak edirik. 

Bu arada qeyd edək ki, Beynəlxalq Bariatrik Cərrahlar Assosiyasiyasının Azərbaycandan yeganə rəsmi üzvü olan Dr. Taryel Ömərov, 2019-cu ildə 7 ölkədən 1000 nəfərdən çox tibb sahəsinin nümayəndələrinin (həkimlərin, elmi nümayəndələrin, professorların və s.) iştirakı ilə 5-ci Beynəlxalq Bariatrik Cərrahlar Konqresinin Bakı Konqres Mərkəzində keçirilməsini təmin edib. Bu isə ölkə səhiyyəsində keçirilmiş mühüm hadisələrdəndir.

Hazırda isə Dr. Taryel Ömərovun rəhbərliyi ilə may ayında növbəti beynəlxalq konfransın Bakıda keçirilməsi planlaşdırılır.

Modern Hospital, Sağlam Arıqlama Mərkəzi
Əlaqə: 012 949 ; 070 295 09 49