Döş xərçənginə qarşı ən yaxşı qida

 00:17 09.03.2023     522

Omeqa 3 yağ turşuları döş xərçənginə qarşı ən uğurlu qida vasitəsi hesab edilir.

Redaktor.az xəbər verir ki, Ontarionun Gelf universitetinin alimləri Omeqa-3 yağ turşularının faydalarına dair yeni bir araşdırma apararaq, yağlı balığın döş xərçənginin qarşısını almaq üçün əla qida olduğunu tapdı. Təcrübələr zamanı omeqa 3 müalicəvi potensialı ilə tanınan kətan yağını belə üstələyib.

Balıqlarda olan omeqa-3 yağ turşuları xərçəng şişlərinin ölçüsünü 60-70% azaldır. Həkimlər hesab edir ki, şişlərin qarşısını almaq üçün həftədə 2-3 pay yağlı balıq yemək lazımdır.

Təcrübə zamanı döş xərçəngindən (HER-2 forması) əziyyət çəkən siçanlar müxtəlif növ omeqa-3 yağ turşuları ilə qidalandırılıb. Nəticədə məlum olub ki, Omeqa-3 yağlı balıqlar şişlərə ən çox təzyiq edici təsir göstərir.

Alimlərin araşdırmalarına görə, Omeqa-3-ün bitki mənbələri də şiş böyüməsinin dayandırılmasına kömək edir. Balıqdan alınan yağ turşuları şişləri 60-70%, kətan yağından olan yağ turşuları isə şiş ölçüsünü 30% azaldır (medicina.az).