Qadınlarda kişi kimi tüklənmənin səbəbi – Həkimdən açıqlama
Həkim - endekrinoloq Emin Ağabalayev qadınlarda tüklənmənin səbəbini kişi hormonunun artması ilə əlaqəli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, qadınlarda üzdə, sinədə, qarında kişi tipli tüklənmə, aybaşı pozuntusu, aybaşının tamamilə kəsilməsi qanda testesteronun yüksəlməsi səbəb olur.
Bundan əlavə piylənmə, çiyinlərin enli olması, çanağın dar olması qadın orqanizmində kişi hormonlarının artmasına bir işarədir. Bu da qadın sonsuzluğunun əsas səbəblərindən biridir.
Həkim qeyd etdi ki, normalda qadınlarda böyrəküstü vəzilər və yumurtalıqlar kişi cinsi hormonlarını az miqdarda da olsa hasil edir.
Lakin bu hormonlar pataloji səviyyədə artarsa yuxarıda qeyd olunan əlamətlər əsasən də kişi kimi tüklənmə əmələ gələr.
Həkim bildirdi ki, əgər bu hallar qadınlarda müşayət olunarsa ilk öncə onlar endokrinoloqa müraciət etməli və ginekoloqla paralel olaraq müalicə aparılmalıdır. Bu halda qadınlarda testosteronun səviyyəsini normallaşdırmaq mümkündür (medicina.az).