Ayaqlarınız ağırıyırsa diqqətli olun!

 03:37 01.04.2023     1476

18 yaşlı qız əzələ dartılmasına bənzər simptomlar hiss edib. Elə hesab edib ki, bu sadəcə əzələ ağrıması və krampdır.

Əslində isə məlum olub ki, bu ayaqlarda baş verən trombun simptomlarıdır. Tromb da ayaqda ağrı, zəiflik və uyuşma kimi simptomlar verir.

Redaktor.az xəbər verir ki, Qanın laxtalanması, kəsik nəticəsində həddindən artıq qanaxmanın qarşısını almaq üçün lazım olan prosesdir. Ancaq öz-özünə həll olunmayan laxtalar narahatlıq doğurur.

Bu baş verərsə, insult və ya pulmoner emboliya kimi həyati təhlükəsi olan tibbi təcili vəziyyətlərə səbəb ola bilər.

Həkim – kardioloq bildirdi ki, mən 18 yaşlı xəstəyə qan laxtalanması kimi tanınan dərin damar trombozu (DVT) diaqnozu qoydum. Planlaşdırılan tonzillektomiyadan [badamcıqların çıxarılması əməliyyatından] sonra o, təxminən bir həftə evdə yataq istirahətində idi. Rəsmi diaqnoz qoyulmazdan təxminən iki həftə əvvəl əzələ gərginliyinə bənzər ağrılar hiss etməyə başlayıb.

Lakin həkimlər bu ağrıya səhv diaqnoz qoyublar.

Nəhayət ağrı o qədər şiddətləndi ki, yataqdan güclə qalxa bildi. Bədənin aşağı sol tərəfi sanki yanırdı.

Bir neçə faktor DVT riskini artıra bilər, o cümlədən kilolu olmaq, siqaret çəkmək, ürək çatışmazlığı və ya hamiləlikdən qorunma həbləri qəbul etmək.

Bununla belə, bəzi müvəqqəti vəziyyətlər də riski artıra bilər. Bunlara aşağıdakılar daxildir:

Əməliyyat olunub, uzun müddət xəstəxanada qalıb

Yataq xəstəsi

Təyyarə, avtomobil və ya qatarla uzun bir səyahətə (üç saatdan çox) çıxıb

Hamiləlik, doğuş

Susuz qalmaq