Dalaqda yaranan problemlərə ən təsirli vasitələr: XALQ TƏBABƏTİ

 02:23 04.04.2023     963

Dalaq insan orqanizmində qanyaradıcı üzvlərin ən böyüyüdür. Bu orqanın insan üçün əhəmiyyəti olduqca böyükdür. Burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır.

İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.

Dalaqda yaranan problemlərə qarşı bir neçə xalq təbabəti üsulu:

  • Çuğundurun yarpağını və özünü bişmiş halda yemək dalaq xəstəlikləri üçün münasibdir. Onu xardal və sirkə ilə yemək dalaq sıxılmasının qarşısını alır.
  •  Zəfəranın dalaq fəaliyyətinin pozulması hallarında işlədilməsi münasib sayılır.
  •  Dalaq sancması zamanı acı badam yemək münasibdir.
  •  Heyva şirəsi soyuqdan olan dalaq ağrısı üçün çox faydalıdır.
  •  Dalağı möhkəmləndirmək üçün acı paxlanı bal ilə qarışdırıb yemək münasibdir.
  •  Püstə yemək dalaq xəstəlikləri üçün faydalıdır.
  • Xardalı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinə qarşı çox faydalıdır. Bu məqsədlə əncir yarpağının təpitməsi də xeyirlidir.
  • Dalaq nahiyəsinə yulğun çöpünü sirkədə qaynadıb təpitmə qoyduqda yaxşı təsir edir.
  •  Qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı balqabaq qabığı İşlətmək olar.

İstifadə qaydası:

Balqabaq qabığını qurudaraq ondan 2-4 qram götürüb 10 qram sirkə ilə içməli.

  •  Dalaq böyüyəndə turp toxumu bir dərman vasitəsi kimi işlədilə bilər. Turp toxumunu yumşaq halda deyərək sirkəyə qatıb təpitmə qoymalı.
  •  Dalaq böyüyəndə vəzəri tətbiq edildikdə öz müsbət təsirini göstərir. İstifadə qaydası:

 Vəzərini üzüm sirkəsində qaynadıb günəş altında qurudur, sonra onu buğda ununa qatıb «çörək bişirir» və qurudub yumşaq halda döyürlər. Hər gün ondan bir qədər götürüb təpitmə qoyurlar.

  • Dalaq şişi sidiklə əlaqədar olarsa və sidiyin rəngi dəyişərsə, "Məcnun söyüdün yarpaqlarını kölgədə qurudub döyür və ondan 5 qrama qədər səhərlər çay və şəkərlə içirlər.
  •  Dalaq yarası olduqda 2,4 qram acı paxlanı işgəncəbi ilə yemək münasibdir.
  • Dalaq xəstəliyində üzərliyin tətbiq edilməsi öz müsbət təsirini tezliklə göstərir.

İstifadə qaydası:

Bitkinin toxum və yarpaqlarından 1-2 dəstə yığıb 200 qram sirkədə qaynatdıqdan sonra alınan təpitməni dalağın üstünə qoyub bağlamalı. Bu, şişi və ağrını kəsir (saglamolun.az).