Xərçəngi məhv edən batareya icad olundu

 03:30 06.04.2023     728

Çin alimləri şiş hüceyrələrini məhv edən duzlu su akkumulyatoru hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu batareya bədənə implant olunur, davamlı olaraq oksigen göndərir.

Siçanlar üzərində aparılan təcrübədə sübut olunub ki, cihaz metastazlarda oksigen çatışmazlığı yaradaraq onları tamamilə məhv edə bilər.

Batareyanın özü dərinin altına yerləşdirilə bilər.

Tezliklə xərçəng xəstələri üzərində sınağı başlanılacaq (medicina.az).