Quşqonmazın 10 faydası

 04:33 06.04.2023     1153

4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (lat. Asparagus).

Azərbaycanın bəzi bölgələrində quşqonmaz və mərəcüyüd kimi də tanınır.

Redaktor.az xəbər verir ki, Bu bitkinin Azərbaycanda 9 növü bitir. Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş yayılıb.

Bu bitki antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir.

Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.

Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.

Güclü sidikqovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.

Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir (medicina.az).