Bugünkü hava meteohəssas insanlar üçün əlverişsizdir

 12:53 16.04.2023     560

Bu gün müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.