TƏBİB-dən "qızılca" ilə bağlı Azərbaycanda epidemioloji vəziyyət barədə AÇIQLAMA

 15:13 28.04.2023     394

"Hazırda Azərbaycanda qızılca ilə bağlı epidemioloji vəziyyət stabildir".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, bəzi qonşu ölkələrdə yoluxma ilə bağlı xəbərlər yayılır: "Mütəxəssislər bunu peyvəndləmə sürətinin aşağı düşməsi ilə əlaqələndirirlər. Bəzi ölkələr var ki, orda peyvəndlərə əlçatanlıq zəifdir”.