Belimizdə yırtıq olub-olmadığını necə bilməli?

 02:38 01.05.2023     704

Beldə yırtıq dedikdə, onurğa fəqərələri arasından çıxan yırtıqlar nəzərdə tutulur. Demək olar ki, 50% pasiyent hələ belində yırtıq olub -olmamasından xəbərsizdir.

Redaktor.az xəbər verir ki, nevroloq Günel Verdiyeva yırtıq simptomlarını açıqlayıb.

Bel bölgəsində ağrılar: Ağrı şikayətləri; öskürək, asqırma və ya uzun müddət ayaq üstə durmaqla pisləşə bilər. Əzələ spazmları da baş verə bilər.

Beldən ayağa yayılan ağrı: Disk yırtığının ən tipik simptomlarından biri ağrının beldən ayağa və pəncəyə qədər yayılmasıdır.

Uyuşma: Ayaqda ağrı ilə yanaşı, uyuşma və qarışqalanma şikayətləri də ola bilər.

Əzələ zəifliyi: Ağrı ilə yanaşı disk yırtığı səbəbiylə zədələnmiş tərəfdə ayaq, ayaq və ya baş barmaqda əzələ zəifliyi də yarana bilər.

Sidik kisəsi və ya bağırsaq funksiyasında dəyişikliklər: İrəli mərhələlərdə bağırsaq və ya sidik kisəsi funksiyasında pozulma görülə bilər. Sidik ifraz edə bilməməsi səbəbindən sidik kisəsi dolur və sidik qaçırma əmələ gəlir.