Xərçəngi aşkar etmək üçün süni intellektdən istifadə olunur

 13:02 01.05.2023     359

Britaniya alimləri xərçəngin erkən mərhələdə dəqiq diaqnozunu qoymaq üçün süni intellektdən istifadə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

“Lancet eBioMedicine”də dərc edilən məlumatlara görə, yeni süni intellekt modeli anormal böyümənin xərçəng olub-olmadığını dəqiq müəyyən edə bilir. Texnologiya həkimlərə xəstəliyi tez bir zamanda müəyyən etməyə və müalicəyə başlamağa kömək edib.

Təcrübə zamanı həkimlər ağciyərlərində yenitörəmə olan 500-ə yaxın xəstənin kompüter tomoqrafiya nəticələrindən istifadə ediblər. Məlum olub ki, bədxassəli şişlərin AUC metodu ilə diaqnostikasının dəqiqliyi 0,87 olub, göstərici 1 ideal hesab edilsə də, 0,5 səhvlərin olduğunu göstərir.

Süni intellekt bədxassəli şişlərin inkişaf riski yüksək olan xəstələri də müəyyən etməyə kömək edib.

22 hadisədən 18-də “AI” daha əvvəl müdaxilə etməyi tövsiyə edib - sonradan neoplazmaların bədxassəli olduğu təsdiqlənib.

“Bu işlə biz, süni innovativ texnologiyalar vasitəsilə xəstəliyin aşkarlanmasını sürətləndirmək üçün sərhədləri itələməyə ümid edirik”,-deyə tədqiqat müəllifi Dr. Richard Lee bildirib.

Alimin sözlərinə görə, yeni modeldən səhiyyə sisteminin bütün səviyyələrində istifadə etmək üçün əlavə testlərə ehtiyac var.

Qeyd edək ki, aprelin əvvəlində Nottingem və Oksford universitetlərinin alimləri ağciyər xərçəngi riskini on il öncədən proqnozlaşdıra bilən alqoritmin yaradılması haqqında danışıblar.

Testlərdə model ilk təcrübədə ağciyər xərçəngi diaqnozunu qoyulmazdan əvvəl halların 65 faizini, ikinci təcrübədə isə 59 faizini düzgün proqnozlaşdırıb.

Arzu İSMAYIL