Təzyiq xəstələsində ölüm riskini nə artırır?

 01:30 02.05.2023     393

Yüksək qan təzyiqi olan xəstələr gündəlik həyatlarında çox hərəkətdə olsalar, ömürlərini uzada bilərlər.

Hipertoniyalı xəstələrin infarkt və ya insult kimi ürək-damar hadisələrindən ölmə ehtimalı fitneslə məşğul olan xəstələrlə müqayisədə iki dəfədən çoxdur

Redaktor.az xəbər verir ki, həkim – kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, yüksək fiziki hazırlığa malik xəstələrdə sağlam insanlara nisbətən ürək-damar xəstəliklərindən ölüm riski çox olsa da, yüksək fiziki hazırlığı olmayan xəstələrlə müqayisədə erkən ölüm riski dəfələrlə azdır.

”Aktiv həyat tərzi ürək və qan damarlarını yaxşı vəziyyətdə saxlamaqla, qan təzyiqini aşağı salır, ürək xəstəliyi və insult riskini azaldır.

Fiziki fəaliyyət qısa müddətdə insanın qan təzyiqinin yüksəlməsinə səbəb olsa da, daha sonra uzun müddətə təzyiqi stabilləşdirir.

Təzyiq xəstələri üçün faydalı hərəkətlər:

• Gəzmək

• Qaçış

• Üzgüçülük

• Rəqs

Bununla belə, məşq sizdə təngnəfəslik yaratmamalıdır” (medicina.az).