Böyrək xərçənginin müalicəsi tapıldı

 22:37 11.05.2023     571

Dana-Farber Xərçəng İnstitutunun alimləri inkişaf etmiş böyrək xərçəngi üçün effektiv müalicə variantı tapıblar. Məlum olub ki, üç dərmanın birləşməsi xəstəliyin sonrakı mərhələlərində inkişafını ləngidir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “New England Journal of Medicine” jurnalında dərc olunub.

Tədqiqata əvvəllər müalicə olunmamış və yalnız bədxassəli şiş və ya metastatik lezyonları olan 855 xəstə daxil edilib.

 İştirakçılara üç dərmanın birləşməsin yaradılan eksperimental müalicə təklif edilib. Xəstələrin müşahidəsi 17,7 aydan 20 aya qədər davam edib.

Nəticələr göstərib ki, yeni müalicə variantını alan xəstələr təkbaşına standart immunoterapiya alan xəstələrlə müqayisədə sağ qalmada əhəmiyyətli bir irəliləyiş yaşadılar. Xərçəngə tutulma və ya ölüm riskində ümumi azalma təxminən 27 faiz təşkil edib.

2023-cü ilin mayında Turku Universitetinin və Karolinska İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, idmanla məşğul olmaq xərçəngin inkişaf ehtimalını azaldır və onun müalicəsinin effektivliyini və xəstələrin həyat keyfiyyətini artırır.

Tunar Altunbay