Yuxusuzluq ağciyər və tənəffüs xəstəliklərinə səbəb olur

 02:30 17.05.2023     300

Birmingem Universitetinin alimləri yuxusuzluğun qan damarlarına təsir göstərdiyini və tənəffüs problemlərinə səbəb olduğunu müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatçılar Keit Paq və Şahrad Taheri, iştirakçıların yuxusu üzərində müşahidə aparıblar. Onlar sutkada cəmi 3-4 saat yatıb.

Tədqiqat başa çatdıqdan sonra könüllülərdə damar funksiyalarının azaldığı aşkar edilib.

Təcrübənin ikinci yarısında könüllülər dərin, sürətli nəfəs almağı stimullaşdıran maddə olan otaqda yatıblar. Bu mərhələ iştirakçılarda tənəffüs funksiyasının pozulduğunu aşkar etdi.

Üçüncü mərhələdə - iştirakçılar 5 gün ərzində 10 saat yatıblar. Bu araşdırmanın sonunda bədənin bütün funksiyaları bərpa olunub.

Alimlər bu təcrübənin köməyi ilə yuxunun insan xəstəlikləri ilə əlaqəsini göstərməyə çalışıblar.

Bütün araşdırmalar nəticəsində mütəxəssislər belə qənaətə gəliblər ki, yuxusuzluq tənəffüs sistemi xəstəliklərinə gətirib çıxarır. Yuxusuzluqdan ən çox yaşlı insanlar əziyyət çəkir.

Sutkada 6-8 saat gecə yuxusu alan insanların sağlamlığı daha yaxşı olur (medicina.az).