Körpəyə nə qədər inək südü vermək olar?

 03:44 17.05.2023     610

Kanadalı tədqiqatçılar müəyyən ediblər ki, inək südü qəbul edən uşaqlarda sümük sağlamlığına cavabdeh yüksək D vitamini var.

Redaktor.az xəbər verir ki, körpələr nə az, nə çox, hər gün iki stəkan inək südü içməlidir. Alimlər bir uşağın gündəlik olaraq qəbul etməli olduğu inək südü qəbulunun ideal səviyyəsini təyin edib.

Əgər bu səviyyədən aşağı olarsa, bu, D vitamini çatışmazlığına gətirib çıxaracaq.

2 stəkandan çox verdikdə isə dəmir səviyyəsinin həddindən artıq azalması qeyd olunacaq ki, bu da uşağın orqanizmi üçün zərərlidir.

Tədqiqatçılar 1 yaşdan 5 yaşa qədər 1300 uşaqda südün ən vacib iki tərkib hissəsi olan D vitamini və dəmirin səviyyəsini yaxından öyrəniblər.

Alimlər onu da müəyyən ediblər ki, dərisi tünd piqmentasiyalı uşaqlarda qış aylarında D vitamininin miqdarı çox azalır.

Lakin orqanizmdə dəmirin miqdarının azalacağından qorxaraq, onlara süd qəbulunu artırmaq tövsiyə edilmir .

Tədqiqat müəllifi Dr. Conatan Makquyarın sözlərinə görə, gündə iki orta stəkan inək südü körpələr üçün ən yaxşı seçimdir.

Lakin bu doza aşıldığında, D vitamininin səviyyəsi daha da yüksəlir, bu da körpənin sağlamlığına o qədər fayda gətirmir, lakin dəmir ehtiyatları azalır (medicina.az).