"Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub"
"Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub".
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər (4-ü qadın, 5-i kişi olmaqla) sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:
"Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".