Qadında ürək xəstəliyi varsa, ərinə də təsir edir

 02:45 20.05.2023     536

Ər-arvadın birində ürək xəstəliyi varsa, digərində yaranma riski 2 dəfə artır.

Redaktor.az xəbər verir ki, bu barədə çinli alimlər Amerika Kardiologiya Kollecinin elmi konfransında məlumat veriblər.

Yeni araşdırma 45 yaşında olan 5000-dən çox qadın-kişi cütlüyü əhatə edib. İştirakçılar öz xəstəlikləri və ürək-damar xəstəliklərinin yaranmasına təsir edə biləcək vərdişlər, amillər haqqında məlumat veriblər.

Araşdırma göstərib ki, arvadlarının ürək və qan damarlarında ciddi problemlər olan kişilərdə oxşar xəstəliklər 28% hallarda baş verir.

Arvadı ürək xəstəliyindən əziyyət çəkməyən kişilər üçün bu rəqəm isə 12% olacaq. Arvadları insult keçirmiş, siqaret çəkən kişilər üçün də risk yüksəkdir.

Analoji olaraq, eyni təsir qadınlara da var. Ərlərində ürək-damar xəstəlikləri olan qadınlarda 21% halda bu riks var.

Müəlliflər hesab edirlər ki, bu amili nəzərə alaraq, həkimlər ürək problemi ilə gələn qadını yoxlayarkən onun ərini də müayinə etməli, ailələrin sağlamlığını nəzarətdə saxlamalıdır (medicina.az).

Vumart və Güvən reklamı Vumart Güvən