Ölkədə qeyri-adi simptomları olan xəstəlik yayılıb? - Nazirlikdən AÇIQLAMA
“Hazırda ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyalar yayılmayıb”.
Redaktor.az bildirir ki, “Trend”ə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Verilən məlumatda bildirilir ki, bu virus geniş yayılmayıb.
“Ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyaların xüsusilə uşaqlar arasında yayılması müşahidə olunmur”, - deyə məlumatda qeyd olunub.