Ölüm zamanı beyin nə görür?

 02:45 23.05.2023     557

Ölümlə üz – üzə qalan insanlar, eləcə də komaya düşənlər, dinindən və irqindən asılı olmayaraq, demək olar ki, eyni səhnəni görürlər.

Redaktor.az xəbər verir ki, ABŞ alimləri kliniki ölüm zamanı beyin fəaliyyətinin qəfil yüksəldiyini ölçə biliblər.

Bədəninin üstündə uçmaq, filmdəki kimi tuneldə parlaq ağ işığa doğru addımlamaq, çəkisizlik, dinclik, xoşbəxtlik hissi, ölülərlə görüş.... Demək olar ki, ölən insanlar tez-tez ölüm anını belə təsvir edirlər.

Bu sirli anın nevroloji proseslərdən kimyəvi proseslərə qədər müxtəlif izahatlar var;

• oksigen çatışmazlığı;

• həddindən artıq karbon qazı;

• dərmana məruz qalma;

• hallüsinasiya.

Araşdırmaya görə, bu hal ürək döyüntüsü dayandıqdan sonra bir neçə saniyə davam edir.

Bir xəstədə ölüm prosesi zamanı qamma dalğalarının hasili əvvəlki səviyyədən 300 dəfə artıb ki, bu da şüurlu insanlardan xeyli yüksəkdir.

Artan qamma aktivliyi əsasən beynin arxa bölgəsində idi, bu da yuxular və dəyişmiş şüur halları ilə əlaqəlidir. Ürək dayanması adətən şüur itkisi ilə müşayiət olunur. Bununla belə, artan beyin fəaliyyəti göstərir ki, gizli şüur ölüm prosesi zamanı həqiqətəb aktivləşə bilər. Nəticədə müxtəlif hallar, səhnələr, anlar görünür, yaşanır (medicina.az).