Yaxşı gecə yuxusu üçün ideal içki açıqlandı

 02:34 28.05.2023     16776

Həkimlər gecə rahat yatmaq üçün ən ideal içkini açıqlayıblar.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, yaşıl çay rahat yatmaq üçün ən ideal içki növüdür.

Yuxu mütəxəssisi, Maykl Breusun fikrincə, gün ərzində yaşıl çay içmək rahat yuxuya kömək edə bilər.

Yaşıl çayın tərkibindəki “L-theanine” birləşməsi stresslə əlaqəli hormonları və neyron atəşini azaltmaqla beyni rahatlatmağa kömək edir. Yatmazdan bir neçə saat əvvəl yaşıl çay içmək normal yuxudan zövq almağa imkan verir.

“Hojiça” tərkibli və portağal ədviyyatlı yaşıl çayları seçmək çox vacibdir.

Yaşık çay “L-theanine”, serotonin və dopamin kimi hormonların istehsalına təsir göstərir və insanları rahatlamağa, yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

O, həmçinin narahatlığı azaldır, beyin hüceyrələrini stresdən və yaşla əlaqədar zədələrdən qoruyur. Bundan əlavə, yaşıl çay əhval-ruhiyyəni, konsentrasiyanı və yaradıcılığı da yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.