90% günəbaxan yağları neftdən hazırlanır

 03:30 28.05.2023     12012

Rusiyada qida üzrə bloger günəbaxan yağlarının tərkibinin araşdırılması ilə məşğul olub.

Onun sözlərinə görə, araşdırma nənəsinin bazardan rafinə olunmamış bitki yağı almasından sonra başlayıb.

Redaktor.az medicina.az-a istinadla xəbər verir ki, təmizlənməmiş yağın daha dadlı, təbii olduğunu görəndən sonra marketlərdə satılan yağların əslində nə olduğunu öyrənməyə çalışıb.

“Avropada Adolf Hitlerin dövründən neftdən qidanın yaradılması üzrə işlər fəal şəkildə aparılır. Qida probleminin asan həllini tapmaq istəyənlər ilk olaraq almanlar idi.

Avropalılar ilk uğurlarını 60-cı illərdə əldə etdilər. Artıq 70-ci illərdə belə qida məhsullarına qarşı mübarizə başladı.

Az adam bilir ki, neftin bərk fraksiyaları var - bunlar parafinlərdir. Ondan şam düzəldirlər.

Onlar uzun karbohidrogen zəncirləridir. Müəyyən katalizatorların köməyi ilə bu uzun molekulyar zəncirlər daha qısa olanlara kəsilir, artıq qısa karbohidrogenlərin bu qarışığı hidroliz olunur və kiçik kimyəvi çevrilmələrdən sonra yağ turşuları əldə edilir.

Bu yağlardan qida necə yaranıb? Fakt budur ki, bu yağlar əvvəlcə qidalanma üçün deyil, sabun istehsal etmək üçün nəzərdə tutulub. Daha sonra ondan ucuz bitki yağı, qida sənayesində istifadə ediləcək qatqı ayrılıb.

Necə müəyyən etmək olar: məhsulda neft qatqısı var, ya yox?

Çox sadə: paketi götürün və oxuyun. Əgər "şirniyyat yağı" və ya "xurma yağı" və ya başqa bir ekzotik yazı görsəniz, bunun neft-kimya məhsulu olduğunu anlayın".