Dərinin rənginin dəyişməsi xərçəngdən ola bilər

 01:44 03.06.2023     1700

Dəri rənginin dəyişməsi xərçəng əlaməti ola bilər. Belə ki, dərinin saralması mədəaltı vəzinin xərçənginin inkişafını göstərə bilər.

Redaktor.az xəbər verir ki, həkim – onkoloq İvan Karasevin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ən aqressivlərdən biridir. Şəkər və mədəaltı vəzidəki problemlər bu xəstəliyə tutulma ehtimalını yüksəldir.

“Dərinin saralması vəzin başında yaranan şişdən xəbər verir. Bir qayda olaraq, belə bir əlamət - sarılıq və ya əksinə, dərinin və skleranın həddindən artıq solğunluğu ilə özünü göstərir.

Bundan əlavə, dəri rənginin dəyişməsi bağırsaq xərçənginin əlaməti ola bilər. Bu zaman dəri görünüşdə bozarma həzm sistemində tez – tez artan bədxassəli formalaşma fonunda inkişaf edən dəmir çatışmazlığından qaynaqlanır.

Mədəaltı vəzi xərçənginin baş verməsinin xəbərdaredici əlamətindən biri də ağrıların olmasıdır. Ağrı gecə yatarkən, həmçinin çox yağlı yeməklər və spirt qəbul etdikdən sonra güclənir".

Digər siqnallar;

ət yemək istəməmək, yağlı yeməklərdən imtina

yeməkdən sonra ürək yanması və ürək bulanması

dərinin rənginin dəyişməsi (sarımtıl, yaşılımtıl olur

selikli qişaların dəri qaşınması

çəki itirmək

yeməyə ikrah hissi.

Xəstəliyə qarşı həssaslığı artıran amillər;

  • siqaret
  • pəhrizdə çox miqdarda yağlı qidalar
  • qeyri-kafi miqdarda meyvə, tərəvəz, spirtdən sui-istifadə
  • diabet
  • öd yollarının xəstəlikləri
  • qaraciyər sirozu
  • xroniki pankreatit
  • mədəaltı vəzinin adenomaları və kistləri (medicina.az).