Milyonçu qocalmamaq üçün oğlunun qanını bədəninə köçürür

 11:15 07.06.2023     308

Amerikalı texnologiya milyonçusu Bryan Conson qocalmamaq üçün 17 yaşlı oğlunun qanını özünə vurur.

Redaktor.az “Haberler.com”a istinadla xəbər verir ki, Bryan Conson beyni, ürəyi, ağciyərləri, qaraciyəri, böyrəkləri, vətərləri, dişləri, dərisi, saçları, sidik kisəsi, cinsiyyət orqanı və düz bağırsağının 18 yaşındakı vəziyyətinə qaytarılması üçün həkimlərdən məsləhətlər alıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, bu qeyri-adi qanköçürmə Dallas şəhərindəki sağlamlıq klinikasında həyata keçirilir.

Bryan Conson ailədə gənc qalmaq istəyən tək insan deyil, atası Riçard Conson da ömür boyu gənc görünmək istəyənlərdəndir. Buna görə də Bryan Conson öz qanının bir hissəsini atasına verir.

Conson 30 həkim və mütəxəssisdən ibarət xüsusi qrupla birlikdə özünü 18 il əvvəlki vəziyyətinə qaytarmaq üçün çalışır. Onun qocalmamaq üçün ildə 2 milyon dollar xərclədiyi bildirilir.

Bununla belə, bəzi elm adamları bu təcrübənin sübut edilmiş faydası olmadığını və hətta təhlükəli ola biləcəyini iddia edirlər.

Arzu İSMAYIL