Yuxusuzluq xərçəng YARADIR

 17:27 09.06.2023     644

Yuxu həkimi, tibb elmləri doktoru, professor Roman Buzunov yuxusuzluğun təhlükəli nəticələrindən danışıb.

Redaktor.az bu barədə “Lenta.ru”ya istinadla xəbər verir.

Mütəxəssis qeyd edib ki, yuxunun olmaması ilk gündən xoşagəlməz təzahürlər yaradır,belə ki, insan özünü pis hiss edir, baş ağrıları və halsızlıq çoxalır. Həmçinin, əhval-ruhiyyə, intellektual performans da əhəmiyyətli dərəcədə azalır və qıcıqlanma yaradır.

“Uzun müddət yuxusuzluq immuniteti zəiflədir, bu da yoluxucu xəstəliklərin tezliyinin artmasına səbəb olur və hətta xərçəng riskini artırır. İnsanlarda metabolik proseslər pozulur, bu isə,  piylənməyə və diabetə səbəb olur. Eyni zamanda , ürək-damar və nevroloji ağırlaşmaların tezliyi də artır”, - Buzunov bildirib.

Həkim əlavə edib ki, yuxunun olmaması  sağlamlığı xeyli pisləşdirir və bu da insanların müalicəsi üçün dövlətin xərclərini artırır.

Həkimin sözlərinə görə, yuxusuzluğun faciəvi nəticələrindən biri də sükan arxasında yuxuya getməklə bağlıdır, bu səbəbdən qəzaların da  sayı artır.

Almaniyanın İohannes Qutenberq Universitetinin alimləri araşdırma aparıb və müəyyən ediblər ki, gecələr pəncərələri bağlayan insanlar daha az stress keçirirlər.

Mütəxəssislərin fikrincə, pəncərənin bağlı olduğu gecə yuxusu qanda xolesterinin artmasının qarşısını alır. Onlar izah etdilər ki, pəncərələr bağlı olanda otaqda səs-küy azalır. Qapalı pəncərə qıcıqlandırıcıların sayını minimuma endirməyə imkan verir.

Arzu İSMAYIL