Böyrəkləri şlaklardan təmizləyən ucuz vasitə

 00:25 10.06.2023     777

Müəyyən qidalardan istifadə böyrəklərin vəziyyətinə müsbət təsir göstərə bilər.

Redaktor.az medicina.az-a istinadla xəbər verir ki, Cərrah Pavel Karlov sözlərinə görə, bunun üçün orqanizmin işinə müsbət təsir göstərən tərəvəzlərdən istifadə etmək lazımdır.

Onlar həmçinin şişkinliyi və iltihabı azalda, qan dövranını yaxşılaşdıra bilərlər.

“Söhbət xiyar, kahı, balqabaq, pomidor kimi tərəvəzlərdən gedir.

Böyrək problemi olan insanlar üçün natrium, xolesterin və yağların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Bu tərəvəzlərin qəbulu zamanı duzdan maksimum az istifadə etməyə çalışın.

Eləcə də böyrəklər üçün təmiz su hava qədər vacibdir”.