Yeməkdən sonra ağırlıq mədəaltı vəzdəndir

 01:41 10.06.2023     474

Mədəaltı vəzi endokrin sistemin işində iştirak edir, qanda qlükoza səviyyəsinə təsir edən insulin və qlükaqon istehsal edir.

Redaktor.az medicina.az-a istinadla xəbər verir ki, həkim Dilara Lebedevanın sözlərinə görə, mədəaltı vəzi ilə bağlı problemlər şəkərli diabet xəstəliklərinin əsasını təşkil edə bilər.

“Gözardı edilə bilməyən xoşagəlməz simptomlardan yeməkdən sonra yaranan narahatlıq və ağırlıq hissidir.

Yeməkdən sonra baş verən diskomfort əlamətlər nədir:

  • mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar
  • yeməkdən sonra köpmə
  • ağrı və ürəkbulanma
  • Mədədə daş hissi

Bu vacib orqanın vəziyyətinə zərər verən vərdişlərdən biri saqqız çeynəməkdir. Bu, həzm proseslərini stimullaşdırır, baxmayaraq ki, bədən qida qəbul etmir, nəticədə mədə və mədəaltı vəz xəstəliklərinə zəmin yaranır .

Bundan əlavə, alkoqol və şəkərdən sui-istifadə, siqaret çəkmək, fast foodlarla qidalanmaq da vəzini məhv edir”.