Suda dincəlmək ağır xəstəliyə səbəb ola bilər

 10:14 12.06.2023     308

Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun eksperti Mixail Lebedev  bildirib ki, su hövzələrində çimərkən hepatit A, vəba, qarın yatalağı, paratif A və B kimi ciddi yoluxucu xəstəliklərə yoluxa bilərsiniz.

Redaktor.az bu barədfə "Gazeta.ru"ya istinadla xəbər verir.

“Viral hepatit A (Botkin xəstəliyi) su ilə keçə bilər, xəstəlik ağır intoksikasiya və qaraciyərin zədələnməsi ilə müşayiət olunur. Botkin xəstəliyinə hər yerdə rast gəlinir, lakin əsasən isti ölkələrdə və gigiyena səviyyəsi aşağı olan bölgələrdə olur ",- deyə sayt  həkimin sözlərindən sitat gətirib.

Lebedev qeyd edib ki, peyvənd viruslu hepatit A-dan qoruya bilər.

Bundan əlavə, o bildirib ki, vəba epidemiyası qeydə alınmaqda davam edir. Hepatit kimi, vəbadan da peyvəndlə qorunmaq olar.

Həkimin göstərdiyi kimi, xüsusi ayrılmış yerlərdə üzmək lazımdır. Onun sözlərinə görə, su anbarlarının yaxınlığında yerləşən “Üzmək qadağandır!” xəbərdarlığını nəzərə almağa dəyər.

Çiərliyə gedən adamın xəstələndiyini necə başa düşmək olar sualına cavab verən Lebedev qeyd edib ki, temperaturun artması, gölməçədə son vaxtlar üzgüçülüklə bağlı dəri səpgilərinin yaranması xəstəlikdən xəbər verə bilər.

O əlavə edib ki, xəstələnən dərhal həkimə müraciət etməlidir.

Tunar Altunbay