İnfeksionistdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

 17:19 12.06.2023     1162

Havaların isti olması səbəbindən hazırda insanların dənizə axın etməsi müşahidə ollunur. Lakin Xəzər dənizinin hər yerində su və yaxud da çimərliklər təmiz deyil. 

Bəs, sudan insana hansı bakteriyalar keçə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan infeksionist Mərdan Əliyev bildirdi ki, dənizin suyu bəzi bölgələr istisna olmaqla hal-hazırda təmiz deyil.

"Təmiz olmayan suda bağırsaq çöpləri olur və bu da təbii ki, orada çiməndə, xüsusən də, uşaqların, elə böyüklərin özünə də istər-istəməz burundan, ağızdan su daxil ola bilir və orada mədə, bağırsaq infeksiyaları inkişaf edə bilər. Daha çox uşaqlar həssas olur və buna görə uşaqları dənizə aparmamaq lazımdır. Əgər aparırıqsa, suya salmamaq lazımdır. Yəni maksimum ayaqlarını suya qoya bilərlər. Amma onların suya salınması çox da məqsədəuyğun deyil" - deyə həkim vurğuladı.

M.Əliyev onu da əlavə etdi ki, günəş şüalarının, ultrabənövşəyi şüalarının aktiv olduğu müddətdə də dənizə getmək düzgün deyil?

"Bəzən görürük ki, insanlar dənizə günorta gedirlər. Bu da düzgün deyil. Axşam vaxtı dənizə getmək məsləhət görülür. Çünki günəşin təsirindən dəridə, xüsusən bir az yaşlı adamlarda dəri xəstəlikləri meydana çıxa bilir".

Həmidə İBRAHİMLİ