Ekspert plastik butulkada su içməyin fəsadlarından DANIŞDI

 12:52 13.06.2023     631

“Plastik butulkalar bəşəriyyətin baş bəlasıdır və gələcək nəsillərə miras qoyulan çirkli bir dünyadır. Bu mənim şüarımdır”.

Redaktor.az xəbər verir ki, bu sözləri qida məsələləri üzrə mütəxəssis Ağa Salamov plastik qabların, butulkaların istifadəsi və ziyanları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, plastik qablar ilk növbədə 500 illərlə təbiətdə yoxa çıxmayan maddədir, yəni torpaqda çürümür:

"İkincisi, hər hansı bir yolla dəniz kənarına tullanan plastik qablar gedir balıqların yeminə çevrilir ki, balıqlar da bunu yeyəndə və insan da o balıqları yeyəndə artıq o da plastik qəbul etmiş olur. Bir söz var ki, nə yeyirsənsə, osan. Balıqlardan əlavə, suyu filterləyib qidalanan osminoloqlar, krivetkalar və sair kimi canlılar da var ki, civə ilə yanaşı - onlar çox vaxt civədən əziyyət çəkirlər, - plastikləri də sovurub qidalanmış olurlar. Və süfrəmizə də gətirib dəniz məhsulları ilə bərabər plastik də qoymuş oluruq. Bu da gələcəkdə alzheimer, ürək, mədə xəstəlikləri, hətta miqrenə qədər gətirib çıxara bilər. Ona görə də mən düşünürəm ki, plastiklərdən uzaq durmaq lazımdır, ümumiyyətlə şüşə qablarda satılan sulardan istidə etməyi bacarmaq lazımdır. Bəşər olaraq gələcəyi düşünən insan heç vaxt plastik butulkadan istifadə etməz”.

Ekspert təəssüflə bildirdi ki, bu gün plastik qablar artıq gündəmi zəbt edib və insanlarda sanki bir asıllılıq yaradıb.

“Plastik butulkalarda satılan suların qiyməti 1 manat, 1.50  qəpik və yaxud 2-3 manata qədər dəyişirsə, şüşə butulkalarda bunlar daha da bahadır. Əgər balaca bir litrliklərə baxsaq, görərik ki, 50 qəpiyə odursa, 1.50  qəpiyə şüşə qabdakıdır. Əslində şüşənin özü də qumla həll olunduğuna, təbii olduğuna görə, parçalanır və torpağa qarışa, daşa, quma çevrilə bilir. Çünki bu təbiətin bir parçasıdır, amma plastiklər bəzən neft tullantılarından əldə olunur, yəni bunun mənşəyi məlum deyil. Ona görə də bunlar təbiətdə yoxa çıxmır. Çox vaxt marketlərdə bu plastik şüşələri elə bir yerə qoyurlar ki, birbaşa günəş şüaları üstünə vurur. Və günəş şüaları üstünə vuranda da "Bisfenol A" maddəsi suya keçir. Şüalar üstünə düşəndə də, orada çöküntü əmələ gəlir, suyun kimyəvi tərkibi dəyişir və su zəhərlənmiş olur. Bu isə, bir çox fəsadlara gətirib çıxarır” - deyən Ağa Salamovun sözlərinə görə, o suyu içən insanlarda gələcəkdə ürək, qan-damar sistemi pozuntuları, yaddaş zəifliyi, laqeydsizlik, mədə-bağırsaq xəstəlikləri baş qaldırır:

“Bu, uşaqlara daha pis təsir edir. Ən yaxşı üsül odur ki, hər kəsin evdə və yaxud özü ilə harasa götürməli olduğu bir şüşə qabı olmalıdır. Onun içində su saxlayıb içməlidirlər. Biz indi duraq deyək ki, plastiklər yığışdırılmalıdır, mümkün deyil. Çünki sahibkarlara sərf etməz, sabah, biri gün suların qiymətləri qalxacaq. Şüşələrdə necə satsınlar? Şüşələrin qiyməti od qiymətinədir. Maliyyəti artsa, suyun da qiyməti artacaq. Bu, düz gəlmir".

Ağa Salamov qeyd etdi ki, bir metod var, amma bəzən insanlar bunu unudur, yaxud bilməzlikdən gəlir.

“Suyu öz yaddaşına qaytarıb içmək. Adi krant suyunu - 18 dərəcədə dondurub, sonra otaq tempraturunda buzunu əridib içmək. Təbii ki, buzlu içmək olmaz, xəstəliklər əmələ gələ bilər, soyuqdəymə, boğaz ağrısı və sair. Tam otaq tempraturuna gələndə, yəni təxminən 20-22 dərəcə olanda o suyu içə bilərik, o suyun dadı da ləzzətli olur. Həm də o su öz yaddaşına qayıtmış olur. Onu plastik yo,x şüşə qaba doldurmalıyıq, amma ağzına qədər doldurmuruq ki, partlamasın. Yəni müəyyən metodologiya ilə bunları etmək mümkündür. O vaxtı plastik şüşə yox idi ki, limonadlar satırdılar, onları biz qoyub dondururduq, ya da qrafinkada qoyub içirdik. Buna görə də, o plastik qablardan uzaq durmaq məsləhətdir”- deyə ekspert fikrini yekunlaşdırdı.

Arzu İSMAYIL