Yaşlıların NƏZƏRİNƏ! - Su İÇİN!

 14:12 14.06.2023     749

“Kifayət qədər su yaşlı insanlarda beyin fəaliyyətini yaxşılaşdırır”.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı endokrinoloq-dietoloq Yekaterina İvannikova deyib.

“Daxili orqanlar və toxumalar müntəzəm maye qəbulundan asılıdır. Sübut olunub ki, gündə kifayət qədər su istehlakı beyin funksiyasını yaxşılaşdırır, idrak funksiyalarını stimullaşdırır, səmərəliliyi artırır və enerji yükü verir”, - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, yaşlılar üçün gündəlik maye qəbulu norması 1,5-2 litrdir. Bu, şirələr, su, çay, meyvə içkisi, bitki mənşəli həlimlər ola bilər. Həkim şəkərli və qazlı içkilərdən çəkinməyi məsləhət edib.

Həkim, həmçinin qeyd edib ki, kifayət qədər maye qəbulu yaşlı insanın orqanizminin düzgün termorequlyasiyasına kömək edir, maddələr mübadiləsi prosesini tənzimləyir, qidanın daha yaxşı mənimsənilməsinə kömək edir və ümumiyyətlə həzmi normallaşdırır, qanın özlülüyünü azaldır, sərbəst qan dövranını təmin edir, qıcıqlanmanın aradan qaldırılmasında iştirak edir.

Həmidə İBRAHİMLİ